RU

"Xalq Bank" 2024-cü ilin yekunlarını açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ölkənin aparıcı banklarından olan "Xalq Bank"ın 2024-cü ilin sonuna xalis mənfəəti illik müqayisədə 26.2% artaraq 65.7 milyon manat təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə bank 52.1 milyon manat xalis mənfəət əldə edib.
2024-cü il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirən bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə stabil qalaraq hesabat dövrünün sonuna 3.068 mlrd. manat təşkil edib. Kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) artaraq 1 937.62 mln. manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 905.36 mln. manat təşkil edib, bankın cəmi kapitalı 511 mln. manata çatıb. Aktivlərdən səmərəli istifadə nəticəsində ötən il ilə müqayisədə hesabat dövründə səhmdar kapitalı üzrə gəlirlilik əmsalı (ROE) 10.55%-dən artaraq 13.44%, aktivlər üzrə gəlirlilik əmsalı (ROA) isə 1.82%-dən artaraq 2.18% təşkil edib.
2024-cü ilin il ərzində bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 13.8% artaraq 183.96 mln. manata, qeyri-faiz gəlirləri isə 41.5% artaraq 42.8 mln. manata yüksəlib.
2024-cü ilin iyul ayında "Moody`s Ratings" beynəlxalq reytinq agentliyi "Xalq Bank"ın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib. Agentlik bankın reytinq üzrə proqnozu "stabil" olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə yüksəldib.
Davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən "Xalq Bank" 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşuldu.
Bank "Xalq Əmanəti" mədəni-sosial layihəsini 2024-cü ildə də davam etdirib. May ayında layihənin 24-cü nəşri - azərbaycanlı rəssam Cahid Camalın həyat və yaradıcılığına həsr edilmiş bədii albom geniş ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, ölkənin aparıcı banklarından olan "Xalq Bank" 2024-cü ildə növbəti 3 il üçün yeni İnkişaf Strategiyasını təsdiqləyib. Bu dövr ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəriyönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Rəqəmsallaşmanın geniş tətbiqi və daxili nəzarət mühitinin inkişafı prioritet istiqamət kimi müəyyən edilib.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən "Xalq Bank" hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Избранный
2
9
oxu.az

9Источники