RU

Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. Trend:

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri MinAung Hlaing Prezident İlham Əliyevə başsağlığı verib.

Trend xəbər verir ki, başsağlığıında deyilir:

"Zati-aliləri.

Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzayauğraması nəticəsində 38 nəfərin həlak olması və bir çox insanınyaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Myanma İttifaqı Respublikasının xalqıadından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına,xüsusilə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığıverirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm".

Избранный
3
4
az.trend.az

5Источники