RU

Yaşadığınız ünvanda bu formada qeydiyyatdan keçəcəksiniz-DİN

Vətəndaşların “E-Polis” mobil tətbiqi vasitəsilə onlayn formada yaşadıqları yerdə qeydiyyatdan keçmələri mümkündür.

Bu qeydiyyat növü hansı hallarda mümkündür? Hansı vətəndaşlar bundan istifadə edə bilər?

DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda müvəqqəti yaşadığı yer üzrə qeydiyyata düşmürsə, qanunvericiliklə inzibati məsuliyyət yaradır. DİN tərəfindən vətəndaşların rahatlığı üçün istifadəyə verilən E-polis mobil tətbiqi vasitəsilə yaşayış yeri üzrə qeydiyyat məsələləri onlayn-rəqəmsal rejimə keçirilib”.

Elbrus İbrahimov əlavə olaraq deyib ki, E-polis mobil tətbiqində vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması prosesi bütün hallar nəzərə alınmaqla tətbiqdə əks olunub.

“Vətəndaşlarımız əlavə vaxt sərf etmədən, heç bir yerə getmədən onlayn formada olduqları yer üzrə qeydiyyata düşə bilərlər. Mobil tətbiqə daxil olaraq “Vətəndaşın olduğu yer üzrə qeydiyyat” bölümünü seçib, müvafiq xanaları qeyd edirsiniz. Ünvan məlumatlarının doğruluğu yoxlandıqdan sonra həmin yaşayış sahəsinə olduğunuz yer üzrə qeydiyyata alınırsınız. Elektron xidmətlərdən hər kəs faydalana bilər”.

 

Fidan Vəlisoy


Избранный
2
1
azia.az

2Источники