RU

“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ

Son günlər insanlar arasında yollarda avtomobillərin hərəkəti üçün paytaxtın bir çox küçə və prospeklərin yol göstərici xətlərinin çəkilməsinə dair şikayətlər artmaqdadır. Xətlər mərkəzi küçələri ilə yanaşı, yaşayış binalarının həyətlərində də çəkilir. Belə olduğu halda insanlara boş yerə cərimələr tətbiq olunur. İnsanlara yerli-yersiz  cərimə yazan qurum isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir (AYNA). 

AYNA-nın insanlarda ciddi narazılıq yaratması ilə bağlı məsələyə toxunan Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında deyib ki, şəhərdə tıxac, dayanma, durma məsələləri elə vəziyyətdədir ki, verilən istənilən qərarın həm müsbət, həm də mənfi tərəfləri olur:

“AYNA əslində çalışır ki, şəhərdə nəqliyyatla bağlı nizam-intizam yaratsın, bəzi hallarda müsbət niyyətlə atılmış addım mənfiyə çevrilir. Belə hallarda isə, AYNA həmin məsələ ilə bağlı da gərək yubanmadan addımlar atsın.

Şikayətlər bizə də göndərilir, zənglər olunur, narazılıq xüsusilə cərimələrin yazılması ilə bağlıdır. Cərimələrin yazılması ilə bağlı ilk növbədə AYNA tərəfindən ən azı iki-üç dəfə xəbərdarlıq olunmalı və sonra cərimə yazılmalıdır. Çünki qayda pozuntuları heç də hər zaman məsuliyyətsizlikdən edilmir. İnsanlar bəzən bir dəqiqənin ərzində cəriməyə məruz qalırlar. Adam aptekə düşə bilər, xəstəsi ola bilər və s. Ona görə də cərimə yazmadan öncə ən azı beş-on dəqiqə gözləmək lazımdır.

Elə anında cərimələyib çıxıb getmək də çıxış yolu deyil, çünki ciddi sosial narazılıq yaradır. Uzun müddət şəhərdə nəqliyyat məsələləri tənzimlənməyib. Bu işlərə iki ilə yaxındır ki, başlanılıb və yəqin ki, tam sistemin qurulması üçün bir neçə il də lazım gələcək. Bu müddət ərzində isə gərək AYNA-da sürücülərə güzəşt getsin”.

Избранный
5
7
busaat.az

8Источники