RU

ABŞ HƏMAS və İsrail arasında sazişin imzalanma vaxtını açıqlayıb

Fələstinin radikal HƏMAS hərəkatı və İsrail atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair saziş layihəsini bu həftənin əvvəlində qəbul edə bilər.

NOCOMMENT.az bu barədə CBS öz mənbələrinə istinadən məlumat yayıb.

“Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı saziş layihəsi demək olar ki, razılaşdırılıb. Hər şey yaxşı olarsa, HƏMAS və İsrail arasında yekun razılaşmanın bu həftə əldə olunması gözlənilir”, – telekanal ərəb, amerikalı və İsrail rəsmilərinin sözlərini yazır.

Bundan əvvəl Həmas bildirmişdi ki, atəşkəs və Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlar yekun mərhələdədir və razılıq əldə etməyə yaxındır. Hərəkat rəhbərliyinin sözlərinə görə, Qətərdəki məsləhətləşmələr sayəsində müəyyən irəliləyiş əldə edilib.

Yanvarın 13-də Qətər atəşkəs və Qəzza zolağında girovların azad edilməsinə dair yekun saziş layihəsini İsrail və HƏMAS-a təhvil verib. Rəsminin sözlərinə görə, İsrail kəşfiyyatının rəhbəri, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi və Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani arasında keçirilən görüşdən sonra Doha danışıqlarında irəliləyiş əldə edilib.

Избранный
1
29
nocomment.az

10Источники