RU

Türkiyədən Qazaxıstana polad ixracında azalma müşahidə edilib (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən Qazaxıstana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 14,3 faiz azalaraq, 30 milyon 674 min 32 dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Qazaxıstana 2 milyon 889 min 56 dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2023-cü ilin eyni dövri ilə müqayisədə 72,1 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyon 446 min 369 dollar məbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 7,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024 son 12 ayı ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 149 milyon 331 min dollar məbləğində polad ixrac edib.

Избранный
1
31
turkic.world

10Источники