RU

“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib

“AzerGold” QSC-nin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsinə cəlb edilmiş jurnalistlərlə görüş keçirilib.

AzNews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

“AzerGold”un baş ofisində keçirilən görüşdə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və onlayn media subyektlərini təmsil edən jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən Z.İbrahimov dövlətin milli mətbuatın inkişafına böyük diqqət göstərdiyini, media sahəsində müasir tələblərə uyğun mütəxəssislərin hazırlanması, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən səmərəli işlər nəticəsində mediamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Fəaliyyətini yerli qanunvericilik, mütərəqqi beynəlxalq təcrübə, şəffaflıq, hesabatlılıq, informasiya açıqlığı prinsipləri əsasında təşkil edən “AzerGold”un mətbuatla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən Z.İbrahimov səhmdar cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasının hazırlanıb təsdiq edildiyini, sənədin əsas SMART məqsədlərindən birinin yerli media ilə əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılması olduğunu bildirib.

Layihə çərçivəsində təlim və mediaturda iştirak etmiş jurnalistlərlə görüşün Milli Mətbuatımızın yaradılmasının 150-ci ildönümünün qeyd olunduğu dövrə təsadüf etdiyi xüsusi olaraq vurğulanıb.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov isə “AzerGold”un jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılması istiqamətində təşəbbüsünü yüksək qiymətləndirdiyini, bu cür layihələrin 150 yaşlı Azərbaycan jurnalistikasının davamlı tərəqqisi, sahəvi jurnalistikanın inkişafına xidmət etdiyini, nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

İcraçı direktor layihə çərçivəsində Gəncə və Daşkəsəndə təşkil edilən təlim və mediaturun dağ-mədən sahəsində media nümayəndələrinin məlumatlılığının artırılması istiqamətində kifayət qədər müsbət nəticələrlə yadda qaldığını, jurnalistlərin sahə üzrə ixtisaslaşması istiqamətində mühüm addımlardan biri olduğunu bildirib.

Избранный
3
26
aznews.az

10Источники