RU

Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınmayıb

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət diqqət mərkəzindədir.

Səhiyyə Nazirliyindənbildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər gücləndirilib.

Bildirilib ki, ağır gedişli kəskin respirator virus infeksiyalı və qripəbənzər əlamətləri olan xəstələrin laborator müayinəsi aparılır. 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb.

Избранный
2
5
aznews.az

7Источники