RU

36 yaşında 10-cu dəfə ana oldu

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerli xəstəxananın həkimləri 36 yaşlı qadının onuncu uşağını dünyaya gətiriblər.

Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Uşağın çəkisinin çox olmasına baxmayaraq, hamiləlik və təbii doğuş normal keçib. Oğlan sağlam doğulub, çəkisi 4920 qram, boyu 58 santimetr olub”, - deyə xəstəxananın ginekoloqu Rüstəm İbrahimov bildirib.

Həkim qeyd edib ki, həmkarları nəinki doğuş zamanı ondan sonra da qadına xeyli kömək ediblər, bundan sonra çoxuşaqlı ana və uşağı evə buraxılıb.

Tural

Избранный
6
news365.az

1Источники