RU

"Azər-Türk Bank"ın biznes kreditləri portfeli 7 dəfədən çox artıb

2024-cü ildə "Azər-Türk Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 352 milyon 494 min manat və ya 78,8% artaraq 799 milyon 893 min manata çatıb.

Bu barədə Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir.

O cümlədən, Bankın biznes kreditləri portfeli 7,2 dəfə və ya 268 milyon 327 min manat artaraq 311 milyon 817 min manata, istehlak kreditləri portfeli 66 milyon 130 min manat artaraq 295 milyon 434 min manata, ipoteka kreditləri portfeli isə 18 milyon 37 min manat aratraq 192 milyon 642 min manata yüksəlib. 

biznes kreditləri Azər-TürkBank
Избранный
6
marja.az

1Источники