RU

Rusiya Cənubi Qafqazdakı forpostunu itirdi: Növbəti zərbə Azərbaycandan gələ bilər...

"Ermənistanla  Amerika arasında strateji müttəfiqlik  Nikol Paşinyanın uzun illərdir Rusiya ilə bağlı apardığı siyasətin məntiqi  nəticəsi kimi qiymətləndirilməlidir.  Heç təsadüfi deyil ki, ABŞ-nin dünyada ən böyük səfirliklərindən biri Ermənistandadır. Bunun səbəbi odur ki, Ermənistan Gürcüstan və Azərbaycandan fərqli olaraq daha ciddi şəkildə Rusiyanın təsiri altında idi".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, Ermənistanla Amerika arasındakı strateji müttəfiqlik müqaviləsinin Azərbaycana heç bir mənfi təsiri olmayacaq: "Çünki Prezident İlham Əliyev  də bir neçə gün öncə Azərbaycanın Amerika ilə strateji müttəfiq olmağa hazır olduğu ilə bağlı bəyənat verib. Əvvəlki dövrlərlə müqayisədə, hazırda ABŞ ilə  Azərbaycan arasında münasibətlər kifayət qədər yumşalıb. Təyyarə qəzasından sonra Rusiya ilə münasibətlər gərginləşib. Suriya məsələsi də Rusiya ilə Azərbaycan arasında xeyli soyuqluq yaradıb. Bu da Azərbaycanı ABŞ ilə müttəfiqliyə yönəldən bir prosesdir. Həm də belə bir addımın atılmasını zəruri edir". 

S.Cəlaloğlu hesab edir ki, ABŞ ilə Azərbaycan arasında strateji müttəfiqlik  həm də dolayısı ilə Rusiyadan Azərbaycana gələn mənfi təsirlərin qarşısının alınmasında ciddi bir faktor ola bilər: "O baxımdan bu bizim xeyrimizə olar.  Təbii ki, Azərbaycanın Ermənistana qarşı heç bir işğalçılıq və ya düşmənçilik siyasəti yoxdur. Belə olan halda Ermənistanla Amerikanın əməkdaşlığı nəyə görə Azərbaycana qarşı yönəlməlidir? Sadəcə olaraq, Azərbaycan artıq ABŞ və Avropa Birliyi ilə  münasibətləri yoluna qoymaq üçün addımlar atmalıdır. Bu addımları atdıqdan sonra Azərbaycan ABŞ üçün Ermənistandan qat-qat əhəmiyyətli bir strateji müttəfiq olacaq". 

Tehran,

Sitat.info

Избранный
2
sitat.info

1Источники