ABŞ-də qadınlar döyüş bölmələrində də xidmət edəcək
ABŞ-nin müdafiə naziri vəzifəsinə namizəd Pit Heqset qadınların quru qoşunlarının döyüş bölmələrində xidmət edə biləcəklərini təsdiqləyib. Yeniavaz.com xəbər verir ki, o, bu barədə Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə müvafiq sualı cavablandırarkən deyib. “Qadınlar quru qoşunlarında, döyüş bölmələrində döyüş mövqelərinə çıxış əldə edəcəklər, eyni zamanda yüksək standartların qoruyub saxlanmasını təmin etmək üçün baxışdan keçəcəklər", - deyə Heqset bildirib. Qeyd edək ki, o daha əvvəl bəyan etmişdi ki, qadınların orduda xidmət etməsinin əleyhinə deyil, ancaq xüsusi təyinatlılar, artilleriya, motoatıcı və zirehli birləşmələr istisnadır.