RU

Siyarto: “Macarıstan və Serbiya ABŞ sanksiyaları fonunda neft kəmərinin tikintisini sürətləndirəcək”

Macarıstan və Serbiya ABŞ-ın Avropanın enerji təhlükəsizliyini pozan sanksiyaları qarşısında iki ölkə arasında neft kəmərinin tikintisini sürətləndirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Son həftələrin dərslərinə əsaslanaraq, biz bu gün Serbiyanın energetika naziri Dubravka Cedoviç ilə telefon danışığında iki ölkənin elektrik şəbəkələrini birləşdirən yeni interkonnektorun yaradılması və elektrik şəbəkəsinin tikintisi də daxil olmaqla enerji təhlükəsizliyinə birgə investisiyalarımızı sürətləndirmək barədə razılığa gəldik”, - deyə XİN rəhbəri feysbuk səhifəsində yazıb.

Siyarto bildirib ki, son siyasi səbəblərdən qaynaqlanan enerji böhranları göstərdi ki, minerallar və enerji resursları ilə zəngin olmayan ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün sıx əməkdaşlığa ehtiyacları var.

Избранный
1
operativmm.az

1Источники