Kürdəmir rayonunun Ucarlı kəndində yolun istifadəyə yararsız vəziyyətdə olması avtomobillərə maddi ziyan vurur.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz halla qarşılaşan vətəndaşlardan biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, günün qaranlıq saatlarında o, sözügedən ərazidən keçərkən maşınının təkərinin partlayıb və diski əzilib. Sürücünün sözlərinə görə, yol bir ildən çoxdur bərbad vəziyyətdə olsa da, bununla bağlı aidiyyəti qurum tədbir görmür. Qəzadan son anda xilas olduğunu bildirən şikayətçi, bu səbəbdən yolda tez-tez qəzaların baş verdiyini bildirib. O, hətta bir müddət öncə sözügedən ərazidə avtomobilin aşaraq qəzaya uğradığını əlavə edib.
Nərmin