RU

Həbsxanadakı Kərimcan Durmazdan ilk açıqlama

Sosial media fenomeni Kerimcan Durmazın yayımladığı video və görüntülərdə reklam yerləşdirməsi, qeyri-qanuni m**ərc oyunlarını şiddətlə təşviq və təbliğ etməsi kimi hərəkətlərə qarışdığı səbəbilə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

News24.az xəbər verir ki, istintaq çərçivəsində yanvarın 7-də saxlanılan Durmaz ertəsi gün ədliyyəyə sövq edilərək İstanbul Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib.

Bu gün onu görməyə gedən Kerimcan Durmazın böyük bacısı Neşe Fişek qardaşının ona göndərdiyi mesajı sosial media hesabında paylaşıb.

Kərimcan Durmazın həbsxanadakı ifadəsini təqdim edirik:

"Yaxınlarıma, bu çətin prosesdə göstərdiyiniz sevgi və dəstəyə görə minnətdaram. Yaxşıyam və güclü olmaqda davam edirəm. Gec-tez ədalətin bərqərar olacağına tam inanıram. Dualarınız, xoş arzularınız və səmimi mesajlar mənə güc verir, sizin sayənizdə dayanıram. Hamınızı çox sevirəm. İnanıram ki, tezliklə yenidən görüşəcəyik, Hörmətlə, Kerimcan Durmaz".

Günel Məlikzadə

Избранный
7
news24.az

1Источники