RU

YAP Nəsimi rayon təşkilatı veteranlarla görüş keçirdi - FOTOLAR

Yanvarın 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatında bir qrup yubileyi qeyd edilən partiyanın veteran və fəalı ilə görüş keçirilib

"Unikal" xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yubileyi olan Partiya üzvlərini təbrik edib və bütün işlərində uğurlar arzulayıb.

Azər Süleymanov bildirib ki, Nəsimi rayonunda fəaliyyəti ilə seçilən bu üzvlər Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqlənib.  

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Elsevər Ağayev, Musa Musayev, Nelli Veyisova, Ceyhun Allahverdiyev və Telman Həsənov və digərləri Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin yorulmaz təbliğatçısı olmaqdan qürur duyduğunu bildirib. O, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Sonda bir qrup partiya veteranı və fəalına hədiyyələr təqdim edilib.

Избранный
2
unikal.az

1Источники