Ərini boşamadan başqa qadınla evlənməsinə icazə verən qadın ona ünvanlanan tənqidlərə çəkdiyi video ilə cavab verib.
Son günlər sosial şəbəkədə paylaşılan maraqlı videolara yenisi əlavə edilib. Heyrətləndirici obrazın əsas personajı ərinə ikinci dəfə evlənməyə icazə verən qadın olub.
News24.az xəbər verir ki, çəkdiyi video ilə yaxın ətrafının ünvanına yönələn tənqidlərə cavab verən qadın ərinin digər qadınla razılaşdırılmış nikahda olduğunu bildirərək, "Ona görə də aldatma yoxdur. Mən buna ikinci həyat yoldaşı deməyi üstün tutmuram. Mən ona ərimin arvadı deyirəm”.
Qısa müddətdə internetdə yayılan görüntünün altına "Aman Allah, sən böyüksən, ağlımıza diqqət et", "Bacım bu genişliklə ola bilməz", “Yəqin ki, bunu reytinq üçün edib” belə şərhlər yazılıb.
Günel Məlikzadə