RU

Mikayıl Cabbarov Konstantin Limitovski ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru Konstantin Limitovksi ilə görüşüb...

Bu barədə Poliqon-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkəmizin Asiya İnfrastruktur İnvestisiya Bankı ilə fəal əməkdaşlıq etdiyi vurğulanıb. Bankın regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək olduğu və Azərbaycanda yaşıl enerjinin inkişafına töhfə verdiyi qeyd olunub. Bankın üzv ölkələrlə investisiya proqramlarının hazırlanmasında geniş təcrübəyə malik olduğu və əsasən infrastruktur, o cümlədən energetika, nəqliyyat, şəhərsalma, logistika, telekommunikasiya, ətraf mühit və digər sahələrin inkişafına dəstək olduğu bildirilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və yeni istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

***

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının baş investisiya direktoru ilə görüşüb.

O bu barədə özünün "X" hesabında paylaşım edib.

Nazir Konstantin Limitovski ilə görüşməyin xoş olduğunu deyib:

"İnfrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik. Səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladıq".

Poliqon.info

Избранный
2
6
poliqon.info

10Источники