“Şamaxı”dan ayrılan Qurban Səfərovun karyerasını davam etdirəcəyi bəlli olub.
Fanat.Az xəbər verir ki, gənc futbolçu “Qarabağ”ın əvəzedici komandasında oynayacaq.
Səfərov “Operativ Media”ya açıqlamasında xəbəri təsdiqləyib. O, 1-ci Liqa klublarından təkliflərinin olduğunu, amma, orada çıxış etmək istəmədiyini bildirib.
20 yaşlı yarımmüdafiəçi “Şamaxı”nın yetirməsidir.