RU

Klub rəhbərliyi baş məşqçi ilə yolları ayırmaq qərarı verdi

Dortmund “Borussiya”sının türkiyəli baş məşqçisi Nuri Şahinin istefaya göndəriləcəyi gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, buna səbəb onun komandasının qeyri-sabit çıxışıdır. Ötən gün Bundesliqa 17-ci turunda “Kiel”ə 2:4 məğlubiyyətdən sonra klub rəhbərliyi N.Şahinlə yolları ayırmaq barədə qərar verib.

Belə ki, “Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq Dortmund “Borussiya”sını çalışdıra bilər.

Niderlandlı mütəxəssislə Almaniya klubunun nümayəndələri danışıq aparıb.

“Borussiya” hazırda 25 xalla turnir cədvəlində 9-cudur.

Избранный
14
sportinfo.az

1Источники