Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycanın İsraillə münasibətlərinin normal olması İranın xoşuna gəlmir:
"İranın "şeytan" adlandırdığı ABŞ ilə Azərbaycanın normal münasibətləri də İranı qıcıqlandırır. Azərbaycanın Ermənistanla düşmən olması, İslamçı dini rejimin olmaması İranın maraqlarına uyğun gəlmir. İran ölkəmizdə sivil, sekulyar, demokratik hakimiyyətin olmasından məmnun deyil.
Nə qədər ki, İranda yaşayan milyonlarla azərbaycanlı Azərbaycana doğma Vətən kimi baxacaq, İranın münasibətləri normallaşmayacaq. Qonşu olduğumuz üçün Azərbaycan bir çox şeylərin üzərindən keçir, münasibətlərin normal olmasına çalışır. Həmişə belə olsa da, İran dırnaqarası prinsiplərinə sadiqlikdən əl çəkmir.
Nəzərə almır ki, Azərbaycandan umduğu şeylərin həyata keçməsi mümkünsüzdür. İranın Azərbaycana münasibətinin uzun dövr üçün normallaşması mümkünsüzdür. Hərdən müəyyən mərhələdə bir neçə müddətlik münasibətlər normallaşa bilər. Ancaq prinsiplər ortaya gəldikdə, İranın münasibəti dəyişilir. Azərbaycanın İranla münasibətləri hər zaman ehtiyatlılıq prinsipi üzərində qurulmalıdır".
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
report.azAli Radanın komitə sədri Ukraynada xarici qoşunların yerləşdirilməsi şərtlərini açıqlayıb ( 15134355)
-
konkret.az150 kilodan 68 kiloya düşmək mümkündür? – SİRLƏR AÇILDI ( 15122151)
-
milli.az150 kilodan 68 kiloya düşmək mümkündür? - SİRLƏR AÇILDI ( 15121743)
-
onn.az150 kilodan 68 kiloya düşmək mümkündür? - SİRLƏR AÇILDI ( 15121163)
-
bolge.tv150 kilodan 68 kiloya düşmək mümkündür? - SİRLƏR AÇILDI ( 15121149)
-
publika.az150 kilodan 68 kiloya düşmək mümkündür? ( 15119903)
-
demokrat.azPolitoloq: "Trampın bəyənatları gələcəyə optimist baxmağa imkan vermir" ( 15095247)
-
bizim.mediaSosial şəbəkələrdə yeni FIRILDAQÇILIQ – Digər şəxslərin “WhatsApp” mesajlarını izləmək MÜMKÜNDÜR? ( 15080375)
-
turkustan.azFransa: Zelenski Ukraynada sülh prosesini pozmağa çalışır ( 15037281)
-
baki-xeber.com“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi”- Putin ( 15024441)