RU

"Dünyada 15 illik tibb təhsili yoxdur" - Deputatdan kəskin etiraz

“Təhsildə xaricdə təcrübə qazanmaq vacibdir. Bu gün ölkəmiz bu yoldan geniş istifadə edir. Hər il onlarla, yüzlərlə gəncin xaricdə təhsilinə böyük vəsait xərclənir. Birmənalı olaraq bunun faydasını görəcəyimizi düşünürəm”.

Bunu "Azərbaycan müəllimi”nə müsahibəsində millət vəkili, Əməkdar həkim Rəşad Mahmudov deyib.

O bildirib ki, ancaq xaricə göndərilən kadrların ölkəyə qayıtması üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır:

“Xaricə gedənlərin sayının çoxluğundan deyil, onların qayıtmamağından ehtiyatlanmalıyıq. Hədəfimiz xaricə gedənlər üçün bütün imkanları yaratmaq olmalıdır ki, onlar qayıtsınlar. İlk növbədə də təhsilverən ən yaxşı tələbəsinin başqa yerə getməməyində maraqlı olmalıdır. Universitet özü ən yaxşı tələbələrini seçib xaricə göndərməli, öz imklanları ilə onların başqa ölkələrin təcrübələri ilə tanış olmalarını təmin etməlidir, 2-3 aylıq təcrübə mübadiləsi ilə öz ölkəsinə verdiyi töhfələri artırmağa çalışmalıdır”.

Millət vəkili əlavə edib ki, tibb təhsilində problemlər təhsilalanların təcrübə qazana bilməmələri ilə məhdudlaşmır. Hətta tibb üzrə təhsil səviyyələrində belə boşluqlar var:

Bu boşluq isə bakalavr və ondan sonrakı davamlı tibb təhsilinin mexanizmlərində ədalətsizliyə gətirib çıxarır. Müqayisəli analiz edəndə bu ədalətsizlik daha aydın görünür. Məsələn, qarşıma alternativlər qoyulsa, övladımın Türkiyə, Almaniya, yoxsa Azərbaycanda təhsil alması ilə bağlı qərarı heç düşünmədən verər, ölkəmizdə tibb təhsili almasını istəmərəm. Çünki bakalavriat, magistratura və doktorantura səviyyəsinin qanunvericiliklə tənzimlənən mexanizmi beynəlxalq mexanizmlə müqayisədə təzadlıdır və Azərbaycanda tibb təhsili alanlar bir addım geridə qalırlar".

Избранный
6
aznews.az

1Источники