RU

Papikyan: “Regionda gərginliyə səbəb yoxdur”

AzVision.az xəbər verir ki, Suren Papikyan keçirdiyi mətbuat konfransında belə iddia səsləndiirb.

“Mən eskalasiya üçün heç bir səbəb görmürəm, çünki Ermənistanın hər hansı problemlə bağlı təklifləri və həlli yolları var. Ermənistan tarazlaşdırılmış siyasətlə öz sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını təmin etməlidir”, - erməni nazir deyib.

Sarkisyan: "Ermənistanda ABŞ hərbi bazası olmayacaq"
Onun iddiasına görə, təhlükəsizliyin bütün məsuliyyəti təkcə silahlı qüvvələrin və ya yalnız bir tərəfdaşın üzərinə qoyula bilməz. ErmənistanlaABŞ arasında müdafiə sahəsində əməkdaşlıq isə tamamilə iki ölkə arasında bu yaxınlarda imzalanmış strateji tərəfdaşlıq sənədi çərçivəsindədir və bu əməkdaşlıqdakı müsbət dinamikadan İrəvan razıdır.


Bundan əlavə, nazir 2025-ci ildə ErmənistannınRusiya ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırmadığını açıqlasa da, il təzə başladığından belə təlimlərin olmayacağını deyə bilməyəcəyini söyləyib.

Papikyan İrəvanın müxtəlif beynəlxalq tərəfdaşlarla birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı müzakirələr apardığını və onların baş tutacağına ümidli olduğunu vurğulayaraq, Ermənistanla Rusiyanın strateji tərəfdaş olaraq qalmaqda davam etdiklərini söyləyib.
Onun sözlərinə görə, iki ölkə arasında hərbi-sənaye kompleksi üzrə mövcud müqavilələr var, hərbi texnikaya xidmət haqqında isə sazişlər olmalıdır və olacaq da.

“Bunlar nə bizim, nə də Rusiya tərəfinin qaçmadığı suallardır. Mən bilirəm ki, Ermənistanın və Rusiyanın maliyyə nazirlikləri bizim ödədiyimiz məbləğin (Ermənistana verilməyən hərbi texnikanın alınması üçün) dövlətlərarası borcun bağlanmasına sərf olunacağı barədə razılığa gəliblər. Bu sazişin icrasının hazırda hansı mərhələdə olduğunu söyləmək çətindir”, - erməni nazir bildirib.


Suren Papikyan, eyni zamanda, İrəvanın KTMT ilə münasibətlərin dondurulması qərarını qanuni saydığını vurğulayıb. Onun iddiasına görə, Ermənistanın KTMT-dəki tərəfdaşları öz münasibət və mövqelərini dəyişməyənə qədər İrəvanın da ölkənin maraqlarına əsaslanan münasibətinin və mövqeyinin legitim olaraq qaldığı hər gün öz sübutunu tapır.

- Ermənistan həll yolları arasında tarazlıq saxlamaqla öz problemlərini özü həll etməlidir. Bizim xarici siyasət məsələsində dəstəyimiz,beynəlxalq legitimliyimiz, müdafiə qabiliyyətliordumuz və demokratik ölkəmiz olmalıdır”, - Ermənistanın Müdafiə naziri əslində İrəvanın ikiüzlü siyasətinə haqq qazandırmağa çalışıb.

Amma “demokratik” ölkənin Müdafiə naziri olmaq iddiası ilə alışıb-yanan Suren Papikyan hansı demolrtaik prinsiplərə əsasən Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı açıq-aşkar ərazi iddialarının yer aldığın aydınlıq gətirməyə nədənsə “utanıb”.

Sahil İsgəndərov
AzVision.az
Избранный
18
1
azvision.az

10Источники