“Mən gözələm və ya çirkinəm. Nə gündəyəm və ya nəyə oxşayıram? Təbii və ya süniyəm? Əməliyyatım uğursuz olub? Çirkinləşmişəm və ya burnum əyridi, qaşım əyridi? Azadlıq istəmişəm və ya başqa səbəb? Pis və ya yaxşı anayam. Kimə nə?”.
Bu sözləri aktrisa Ülviyyə Xəlinbəyova sosial şəbəkə hesabında paylaşıb. O, ünvanına tənqid yazanlara cavab verib:
“Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini məndən çox istəmirsiz. Bir ucdan bilən də, bilməyən də açıb ağzını, yumub gözünü! Mən beləyəm. Bəyənmirsən izləmə! İblis kimi insanı yeyib bitirməyin. Pul deyiləm hamı sevsin! Bu qədər aqressiyanızın, kin və nifrətinizin səbəbini də anlamıram. Şeytan xislətli qadınları hardasa anlamağa çalışıram. Amma üzü kişi olub xarakteri bazar arvadından fərqlənməyən kişilərin dərdi nədir mənimlə onu anlamıram. Məni niyə gözümçıxdıya salmısınız? Kimə pisliyim dəyib? Nəyə oxşayıramsa, oxşayım. Mən bilərəm! Əməliyyat etmişəm, yaxşı eləmişəm. Ümumiyyətlə nə etmişəmsə, yaxşı eləmişəm. Hərə çönüb özünə baxsın.
Dəstək olan, dəyər verən, qəlbi gözəl izləyicilərim də az deyil. Bu arada insan kimi izləyib, sevməsə də, mədəni formada qəlb qırmadan nəzakətli şəkildə rəy bildirənləri də unutmuram. Sevərək izləyən və rəy bildirərkən empatiya quran və mədəniyyətdən kənar ifadələr işlətməyən hər kəsə minnətdaram”.