Azərbaycan dili üzrə sertifikasiya imtahanına hazırlıq prosesi başa çatıb. İmtahanın yaxın zamanda keçirilməsi nəzərdə tutulur.
Demokrat.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahanın həm onlayn, həm də DİM-in elektron imtahanlar korpusunda oflayn olaraq keçirilməsi planlaşdırılır.