RU

Sizi heç vaxt ac qalmağa qoymayacaq 10 bacarıq

"24 yaşımda işimi itirdiyim gün həyatımın ən qaranlıq günlərindən biri idi. Amma məhz o gün anladım ki, əsl "job security" konkret bir iş yerində deyil, malik olduğumuz bacarıqlardadır". 

Ölkə.Az xəbər verir ki, bu sözləri satış üzrə mütəxəssis Kamal Mahmudov deyib.

O, insanları heç vaxt ac qalmağa qoymayacaq 10 bacarığı aşağıdakı kimi sıralayıb.

1. Satış psixologiyası - Təkcə məhsul satmıram, ideyalarımı, bacarıqlarımı və həllərimi "satıram". Ötən ay 6 rəqəmli müqavilə məhz bu bacarıq sayəsində imzalandı.

2. Danışıq sənəti (Negotiation) - Maaş artımından tutmuş, böyük layihələrə qədər. Hər şey danışıqdan keçir.

3. Təsirli yazı (Copywriting) - Linkedin postundan email yazışmasına qədər. Sözləriniz sizin brendinizdir. Ən yaxşı işlərimi məhz yazdığım mətnlər gətirib.

4. Analitik düşüncə - Data əsaslı qərarlar vermək. Rəqəmləri başa düşmədən biznes başa düşülmür.

5. Emosional intellekt (EQ) - Texniki biliklərim məni işə aldı, EQ isə məni rəhbər etdi.

6. Netvorkinq - Əlaqələr = imkanlar. Ən böyük layihələrim məhz güclü netvorkinqdən gəldi.

7. Adaptasiya - Dəyişimi qəbul etməyənlər, dəyişimin qurbanı olurlar. 

8. Maliyyə savadlılığı - Pul qazanmaq kifayət deyil, onu idarə etməyi də bilmək lazımdır.

9. Problem həll etmə - Şirkətlər artıq problem həlledici axtarır, tapşırığı tamamlayan yox.

10. Öyrənməyi öyrənmək - Bu gün öyrəndiyiniz sabah köhnələ bilər. Daimi öyrənmə vərdişi olmadan irəliləmək mümkün deyil.

Billurə
 

Избранный
6
olke.az

1Источники