RU

Ərdoğan və Dibeybe regional məsələləri müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Baş naziri Əbdülhəmid Dibeybeni qəbul edib.

SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasındakı əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Türkiyə Prezidenti Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Prezident İqamətgahında keçirilən görüşdə Türkiyə ilə Liviya arasındakı ikitərəfli münasibətlər ilə regional mövzular müzakirə olunub. Türkiyənin Liviyadakı qanuni həmsöhbətinin Milli Birlik Hökuməti olduğunu bildirən Ərdoğan Türkiyə ilə Liviya arasında enerji, təhlükəsizlik və dənizçilik başda olmaqla bir çox sahədə əlaqələri inkişaf etdirməyə davam edəcəklərini bildirib. Prezident Ərdoğan Şərqi Aralıq dənizində Türkiyə və Liviyanın ortaq maraqlarını qorumaq üçün sıx təmas və əməkdaşlığın davam edəcəyini qeyd edib. Liviya Milli Birlik Hökumətindən verilən açıqlamada Ərdoğan və Dibeybenin Liviyadakı hadisələri və Milli Birlik Hökumətinin inkişafa yönəlik səylərini qiymətləndirdikləri vurğulanıb.Bildirilib ki, görüş zamanı regional və beynəlxalq hadisələr, eləcə də iki ölkə arasında iqtisadi-ticarət əlaqələri müzakirə edilib, hərbi sahədə əməkdaşlığın gücləndirilməsi məsələləri də gündəmə gətirilib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan daha sonra Suriyadakı yeni administrasiyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini Prezident İqamətgahında qəbul edib.

Избранный
2
1
sia.az

2Источники