RU

Soft Matter: Dərmanlar orqanizmə mikroskopik robotlar vasitəsilə çatdırılacaq

Soft

Amerikalı alimlər xəstə orqanizmində dərmanların dəqiq şəkildə çatdırılması üçün yeni bir üsul tapıblar. Araşdırma Soft Matter jurnalında dərc edilib.Havay Universitetinin Manoa filialından olan mütəxəssislər "Janus hissəcikləri" adlanan mikroskopik robotlar inkişaf etdiriblər. Bu robotları orqanizmin kimyəvi siqnallarını tanıyıb onlara uyğun hərəkət etməyə öyrədiblər, eynən bakteriyaların qida tapma şəkildə.Alimlər aşkar ediblər ki, bu mikrorobotlar xemotaksisə — kimyəvi qıcıqlara reaksiya vermək qabiliyyətinə malikdir. Təcrübə zamanı onlar Janus hissəciklərinin yaxınlığında kimyəvi bir yapışqan yerləşdirib, robotlar ona doğru hərəkət etməyə başlayıblar. Alimlər bu cür robotları orqanizmə dərmanları hədəfli şəkildə çatdırmaq üçün "çatdırılma xidməti" olaraq istifadə etməyin mümkün olduğunu qeyd ediblər."Bütün orqanizmi yan təsirlər yarada bilən dərmanlarla doldurmaq əvəzinə, bu mikroskopik robotlar birbaşa problemli sahəyə — infeksiya, şiş və ya zədə olan ərazilərə doğru 'üzə' bilər."- araşdırmanın həmmüəllifi Viviana Mankuzo bildirib.Gələcəkdə alimlər mikrorobotların müxtəlif mühitlərdə necə davrandığını öyrənməyi planlaşdırırlar.Səidə Mustafa

Diqqət Çəkənlər

Forbes: “Lukoil” şirkəti icraçı direktorunu dəyişib

İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər

Birləşmiş Ərəb Əmirlikləri, Putin və Trampın görüş yeri ola bilər

Избранный
5
ulusum.az

1Источники