Akif Nağı: "Ermənistan Andranikdən tutmuş Droya, Njdeyə qədər terrorçuları qəhrəmanlaşdırmaqla terrorçu dövlət kimi tanınır"
Nəinki Cənubi Qafqazda, bütövlükdə dünyada terror dövləti kimi tanınan Ermənistanın özünü terrora qarşı mübarizə aparmaq niyyətində olan dövlət kimi qələmə vermək istəməsi həqiqətən də gülünc görsənir.
Cənubi Qafqazda, Qarabağda, Azərbaycanın digər ərazilərində, dünyanın ayrı-ayrı ölkələrində qanlı terror aktları törədən erməni terrorçularına, daşnaklara arxa-dayaq duran Ermənistanın hazırkı davranışı ilə əməlləri arasında böyük ziddiyyətlər mövcuddur.
Belə ki, rəsmi İrəvan İŞİD (İraq Şam İslam Dövləti) terror qruplaşmasına qarşı Vaşinqtonun rəhbərlik etdiyi koalisiyaya qoşulmağı planlaşdırır. Rusiya mediasının yaydığı məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
Qeyd edək ki, İŞİD-in fəaliyyəti Rusiya Federasiyasında qadağan olunub.
Vaşinqtondakı diplomat Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması mərasimində iştirak edib. Amerika tərəfdən sənədi ABŞ dövlət katibi Entoni Blinken imzalayıb.
"Biz inanırıq ki, birgə fəaliyyət terrorizmlə mübarizədə mühüm əhəmiyyət kəsb edəcək", - Mirzoyan bildirib.
O bəyan edib ki, İrəvan ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olunmasında iştirakını yüksək qiymətləndirir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Cənubi Qafqaz regionunda heç vaxt sabitləşdirici rol oynamadığını qeyd edib. Eyni zamanda o qeyd edib ki, Vaşinqtonla strateji tərəfdaşlıq haqqında saziş bağlamaq İrəvanın suveren işidir.
Ermənistan anti-İŞİD koalisiyasına qoşulmaq niyyətini ortaya qoyub.
Ermənistanın özü terrorçu dövlət olduğu halda necə antiterror koalisiyasına qoşulur ki? Erməni terror batalyonları, daşnaklar bəşəriyyətə heç də İŞİD-dən az ziyan vurmayıblar. Bu halda Ermənistan necə antiterror koalisiyasında fəaliyyət göstərə bilər?
"Ermənistanın bu prosesə qoşulması məntiqdən kənar bir məsələdir..."
Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər" ə şərhində bildirdi ki, Bayden administrasiyası getdiyi ərəfədə Ermənistanla bu yöndə də saziş imzalayıb. A.Nağı vurğuladı ki, Bayden bir az özünü göstərməyə çalışıb. "Amma Tramp administrasiyası tərəfindən real şəkildə bu yerinə yetiriləcək, yoxsa yox? Bununla bağlı çox böyük şübhələr var. Böyük ehtimalla, ola bilsin, o saziş bir kağız parçası olaraq qalacaq. Amma bütün hallarda, Baydenin dövründə birmənalı olaraq ermənipərəst mövqedə idilər. Ermənistan onların hərbi, siyasi və digər cəhətdən bir fəaliyyət meydanına çevrilmişdi. Ermənistan hakimiyyətinə Amerika tərəfindən güclü maliyyə dəstəyi vardı.
Ermənistanın anti-İŞİD koalisiyasına qoşulması gülünc görsənir, çünki demək olar ki, artıq İŞİD yoxdur. Yəni təşkilat strukturları, demək olar ki, tam təqətsiz vəziyyətə gətirilib. Elə bir ciddi fəaliyyəti yoxdur. Vaxtaşırı müəyyən aksiyalara sahib çıxan olmayanda onların üstünə yıxırlar, yaxud onlardan kimsə elan edir ki, bu məsuliyyəti üzərlərinə götürürlər. İŞİD-in o gərgin vaxtında Azərbaycan da antiterror koalisiyasında idi, amma o vaxt İŞİD-ə qarşı mübarizədə ermənilərin səsi çıxmırdı. İndi birdən-birə ortaya çıxıblar. Bütövlükdə, antiterror koalisiyasına daxil olmaqdan söhbət gedə bilər. Yəni dünyada bütövlükdə terrora qarşı mübarizə davam edir. İnanmıram ki, orada da ermənilərin elə bir ciddi rolu olsun. Amma hər halda bu, məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, növbəti dəfə həyasızlıq nümayiş etdirirlər".
A.Nağı vurğuladı ki, dünyada terror ermənilərin adı ilə bağlıdır. O qeyd etdi ki, terror qrupları orta əsrlərdə müsəlman dünyasında da, xristian aləmində də olub. "Amma müasir terror hərəkətləri bir neçə toplumun adı ilə bağlıdır, onlardan biri də ermənilərdir. Ermənilər həmin dövrdə Rusiyanın, eyni zamanda Türkiyənin ərazisində yaşayırdılar. Türkiyə və Rusiya ərazilərində ilk terror aktlarını XIX əsrin sonlarında ermənilər, erməni terror qruplaşmaları törətdilər. Daşnaksütyun açıq-aşkar terror təşkilatıdır və onlar terror taktikasını özlərinə əsas mübarizə vasitəsi kimi seçmişdilər. Bunu gizlətmirdilər. Günümüzdə də Ermənistanla həmin terror təşkilatı arasında ciddi əlaqələr mövcuddur. Ermənistan Andranikdən tutmuş Droya, Njdeyə qədər terrorçuları qəhrəmanlaşdırmaqla terrorçu dövlət kimi tanınır. Terrordan bir vasitə kimi istifadə Ermənistanın dövlət siyasəti sayılır".
A.Nağı qeyd etdi ki, Birinci Dünya müharibəsi illərində erməni terror qrupları böyük cinayətlər törədiblər, eləcə də Azərbaycanın tarixi şəxsiyyətləri, dövlət xadimləri erməni terroruna məruz qalıb. A.Nağı bildirir ki, totalitar Sovet rejimi dövründə belə, ermənilər terror hərəkatı törətdilər, ötən əsrin 70-ci illərində Moskvada qatarın partladılması erməni terror qrupu tərəfindən həyata keçirilib. Zatikyan başda olmaqla bu terroru törədənlərə məhkəmə qurulduğunu deyən A.Nağı qeyd etdi ki, hadisəni erməni terror qrupunun törətdiyi sübut olunub. Ondan sonra keçən əsrin 70-ci illərindən başlayaraq Türkiyə diplomatlarına qarşı ASALA və başqa terror təşkilatlarının törətdiyi terror aktlarını qeyd edən A.Nağının sözlərinə görə, dünyada erməni qruplaşmaları və PKK məşhur terror təşkilatlardır. "Ona görə də, Ermənistanın bu prosesə qoşulması məntiqdən kənar bir məsələdir, ermənilərin terrora qarşı mübarizəsi gülünc görsənir. Hər halda, ABŞ onları bu şəkildə meydana gətirməyə çalışır, hərəkətlərinə bəraət qazandırmağa cəhd edir ki, ermənilərin tarixinin bu qaranlıq səhifəsinin üstündən xətt çəksin. Ona görə də Ermənistanı guya terrora qarşı mübarizə aparan bir dövlət kimi təqdim etməyə çalışır. Amma tarix bu cəhdlərin ayaq açıb yeriməsinə imkan verməyəcək, hər şeyin qiymətini verir. Yüzillər sonra ermənilər qalıb yaşamasalar belə, onların adı dünya tarixində terrorçu millət, terrorçu dövlət kimi qalacaq" - deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA