RU

Ötən il Gürcüstana ən çox pul ABŞ-dan göndərilib

2024-cü ildə digər ölkələrdən Gürcüstana pul köçürmələrinin həcmi 2023-cü illə müqayisədə 19 faiz azalaraq 3,4 milyard dollar təşkil edib.

Musavat.com Gürcüstan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, ən çox pulköçürmələri ABŞ-dan olub – 24 faiz artımla 573 milyon dollar. İkinci yerdə İtaliyadır – 8 faiz artımla 567 milyon dollar.

Üçüncü yerdə olan Rusiyadan Gürcüstana göndərilən pul baratlarının həcmi 2,8 dəfə azalaraq 541 milyon dollar təşkil edib. Bundan əlavə, Gürcüstana Almaniyadan 267 milyon dollar (artım 15 faiz), Yunanıstandan 263 milyon dollar (artım 7 faiz), İsraildən 249 milyon dollar (artım 16 faiz), Qazaxıstandan 117 milyon dollar (azalma 41 faiz), Türkiyədən 101 milyon dollar (azalma 11 faiz), Qırğızıstan - 73 milyon dollar (artım 49 faiz), İspaniya - 70 milyon dollar (artım 13 faiz) göndərilib.

Qeyd edək ki, 2023-cü ildə xaricdən Gürcüstana pul köçürmələrinin həcmi əvvəlki illə müqayisədə 6,8 faiz azalaraq 4,1 milyard dollar təşkil edib. O cümlədən Rusiyadan daxilolmalar 27,5 faiz azalaraq 1,5 milyard dollara düşüb. 2022-ci ildə Gürcüstana pul köçürmələri təqribən 4,4 milyard dollara (2021-ci illə müqayisədə 1,9 dəfə artıb), Rusiyadan isə təxminən 2 milyard dollara (5,8 dəfə artım) çatıb.

Musavat.com

Избранный
12
musavat.com

1Источники