RU

Serenay Sarıkaya ifadə verdi - Ağlayaraq görün nə dedi - FOTO

Məşhur aktrisa Serenay Sarıkaya meneceri Ayşe Barımla bağlı sosial şəbəkələrdə yayılan iddialarla əlaqədar aparılan istintaq çərçivəsində şahid qismində ifadə verib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Sarıkaya məhkəmə binasına gülərək daxil olub, lakin, o, mətbuata açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib və ağlayıb.

Sarıkaya məhkəməyə vəkili ilə birlikdə gəlib və təxminən 30 dəqiqə ərzində Təlimatlar Bürosunda ifadə verib. Jurnalistlərin "5 milyon dollar aldığınız doğrudurmu?" sualına isə aktrisa iddiaların tamamilə əsassız olduğunu bildirərək bunları deyib:

"Haqqımızda yazılan yalan və böhtanlara görə ifadə verdim. Mənə və adıma atılan iftiralarla bağlı hüquqi proses başlatacağam. Bu, yalnız gözdən salmaq cəhdidir, lakin həqiqət çox aydındır. Dişimlə, dırnağımla bura qədər gəlmişəm və bu cür iddialar mənim reputasiyamı zədələyə bilməz" .

Qeyd edək ki, Çağlayandakı İstanbul Ədliyyəsində baş verən hadisə Ayşe Barım və İD İletişim agentliyinin sektorda monopoliyaya səbəb olduğu, digər aktyorların karyerasına maneələr yaratdığı iddiaları ilə bağlıdır. Bu çərçivədə Ayşe Barıma ölkədən çıxış qadağası qoyulub. 

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
4
1
milli.az

2Источники