RU

Mingəçevirdə binanın zirzəmisi çirkabla dolub - Sakinlər narahatdırlar VİDEO

Mingəçevir şəhəri, Şah İsmayıl Xətai küçəsi, 9 ünvanında yerləşən binanın zirzəmisi çirkab sularla dolub, ətrafı üfunət bürüyüb.

Xezerxeber.az-ın məlumatına görə, beşmərtəbəli binanın sakinləri uzun illərdir ki, belə vəziyyətdən əziyyət çəkdiklərini deyirlər.

Sakinlərin sözlərinə görə, binanın kanalizasiya xətləri yenilənsə də, problem bitməyib. Çirkab sular borulardan zirzəmiyə axır. Mənzillərə pis qoxu gəlir, qış olmasına baxmayaraq, evləri, həyətləri həşəratlar basıb.

Bina sakinləri bildirirlər ki, məsələ ilə bağlı adiyyəti qurumlara müraciət ediblər.

Mingəçevir Sukanal İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ünvanda kanalizasiya xətlərində yenidənqurma işləri aparılıb, kanalizasiya xətləri daxili imkanlar hesabına dəyişdirilib və yeni şəbəkəyə qoşulub. İdarədən o da qeyd edildi ki, həmin ərazidə əsas problem yeni inşa olunan nasosxananın istismara verilməməsidir. Yaxın günlərdə həmin nasosxana istismara verildikdən sonra  problem köklü halda həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Избранный
18
xezerxeber.az

1Источники