RU

Ağ Ev: "Türkiyənin narahatlığını başa düşürük"

Ağ Ev Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı haqlı narahatlıqlarını anlayır.

Demokrat.az
xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib.

Con Kirbi Türkiyənin terror təşkilatı PKK/YPG ilə bağlı danışıqlar apardıqlarını bildirib. 

Müşvir qeyd edib ki, ABŞ İŞİD-lə mübarizə kontekstində Suriyada baş verənləri diqqətlə izləyir:

“Orada kiçik hərbi varlığımız var və bu qüvvə yalnız İŞİD-ə qarşı mübarizə məqsədi ilə oradadır. ABŞ administrasiyası Suriyadakı vəziyyətin həssaslığını və bölgədə Türkiyə ilə əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu bilir".


Əfsanə Kamal
Demokrat.az
Избранный
9
demokrat.az

1Источники