Rusiyada 2024-cü ilin dekabrında illik inflyasiya noyabrda 8,88%-ə qarşı 9,52% təşkil edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Federal Dövlət Statistika Xidməti məlumat yayıb.
Qeyd olunur ki, aylıq ifadədə istehlak qiymətləri 1,32% artıb.
Rosstatın məlumatına görə, göstərilən ayda ərzaq məhsulları noyabr ayı ilə müqayisədə 2,6%, illik ifadədə isə 11,05% bahalaşıb. Qeyri-ərzaq məhsullarının dəyəri aylıq müqayisədə 0,81%, illik müqayisədə isə 6,12% artıb. Bundan başqa, xidmətlər ötən ilin noyabr ayı ilə müqayisədə 0,2%, illik ifadədə isə 11,52% bahalaşıb.