RU

Trampın sülhə nail olmaq fürsəti var


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün “qızıl fürsətə” malikdir.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

“Bu iki ölkə öz fikir ayrılıqlarını həll etməyə can atır və bu, ABŞ-nin maraqlarına xidmət edəcək”, – jurnal qeyd edib.

“Tramp Ukraynada müharibəni həll etməklə bağlı vəd verib, amma demək asandır, etmək çətin. Daha az səy tələb edən, lakin əhəmiyyətli faydalar vəd verən sülh imkanı var: Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən düşmənçiliyə son qoymaq. İki ölkə son bir il ərzində danışıqlar aparıb və dönüş nöqtəsindədirlər. İki müharibəyə səbəb olan bu münaqişənin həlli əlçatandır”, – yazıda vurğulanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Избранный
8
10
Bey.az

10Источники