RU

Netanyahunun ofisi: Qəzza danışıqlarında hələ də həll olunmamış məqamlar var

Netanyahunun ofisi: Qəzza danışıqlarında hələ də həll olunmamış məqamlar var

Qəzzada saxlanılan girovların azad edilməsi üzrə danışıqlar tamamlanmayıb, İsrail bu gecə qalan fikir ayrılıqlarını həll etməyə ümid edir. AFN.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.“Hələ də həll olunmamış bir neçə razılaşma bəndi var və ümid edirik ki, təfərrüatlar bu gecə razılaşdırıla bilər”, - bəyanatda deyilir.Açıqlamada qeyd edilib ki, Fələstin radikal HƏMAS hərəkatının nümayəndələri anklavın Misirlə sərhədindəki Filadelfiya dəhlizində qoşunların yerləşdirilməsi xəritəsinə yenidən baxılmasını tələb etməkdən imtina ediblər. Bundan əvvəl İsrailin yüksək rütbəli rəsmisi "Ynet" portalına bildirmişdi ki, Fələstin tərəfi bu tələbi “son anda” irəli sürüb və İsrail bunu qəbuledilməz hesab edib."Baş nazir Benyamin Netanyahunun qətiyyətli mövqeyi sayəsində HƏMAS Filadelfiya dəhlizində qüvvələrin yerləşdirilməsini dəyişdirmək tələbindən son anda geri çəkildi", - ofisin bəyanatında deyilir.Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı mənbəyə istinadən iddia edib ki, İsrail və HƏMAS girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Müqavilə hələ rəsmi olaraq açıqlanmayıb.

Избранный
21
1
afn.az

2Источники