HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə nəticələnməsini alqışlayırıq.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri razılaşmanının Fələstin sakinləri, region və bütün bəşəriyyət üçün faydalı olacağna, davamlı sülhə və sabitliyə qapı açacağına ümidini ifadə edib. O, qeyd edib ki, Türkiyə bunun üçün bütün imkanlarını səfərbər edəcək.