Türkiyə iki ölkə arasında imzalanan “Silahlanma üzrə əməkdaşlıq sazişi” çərçivəsində Qambiyaya 17 “Kobra” hədiyyə edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Onların təhvil-təslim mərasimində Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının maddi-texniki təminat şöbəsinin rəisi, ordu generalı Fəthi Oltulunun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak edəcəyi də vurğulanır.
Xatırladaq ki, Türkiyə 2023-cü ildə analoji ianə etmişdi. Həmin vaxt Qambiya ordusuna 2 ədəd “Kobra” bağışlanmışdı.