RU

Öz mağazasını soydu - Qəribə hadisə - VİDEO

Türkiyənin Samsun rayonunda maraqlı hadisə baş verib.

İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi Oğurluq və Cibgirlik Bürosu qrupları, İ.B.T.-ə məxsus Lise küçəsində yerləşən marketdən 500 qutu siqaret, 90 min lirə, bir kamera və bir POS cihazının oğurlandığını bildirib.

Araşdırma zamanı mağaza sahibinin verdiyi ifadə ilə təhlükəsizlik kamerasının qeyd etdiyi görüntülər arasında ziddiyyət olduğu ortaya çıxıb. Marketin arxa divarının dağıdıldığı, polad seyfin qapısının qəsdən açıq qoyulduğu və oğurluq görüntüsü yaratmaq üçün bilərəkdən qarışıqlıq yaradıldığı müəyyən edilib.

Nəticədə məlum olub ki, obyekti qarət edən elə mağaza sahibinin özü imiş. Görüntülərdə onun iş yerinin arxa divarından içəri girdiyi, oğurluğu həyata keçirdiyi, daha sonra da ön qapıdan çıxıb maşına mindiyi və qaçdığı əks olunub.

Mağaza sahibi saxlanılıb. O, külli miqdarda borcunun olduğunu, sığorta şirkətindən təzminat almaq üçün hadisəni törətdiyini etiraf edib.

Mağaza sahibinin hətta sığorta şirkətinə saxta ekspertiza rəyi hazırladığı da ortaya çıxıb.

İstintaq davam edir./Milli.az

Избранный
13
2
musavat.com

3Источники