RU

Kubada silah-sursat anbarında partlayış: Çox sayda hərbçinin öldüyü TƏSDİQLƏNDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kuba İnqilabçı Silahlı Qüvvələri Nazirliyi yanvarın 7-də adanın şərqindəki Olqin şəhərində silah-sursat anbarında baş vermiş partlayışlar nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirliyin "Granma" qəzetində dərc olunan məlumatında qeyd edilib.
Qeyd edək ki, hərbçilər daha əvvəl itkin düşmüş olaraq elan olunmuşdular.
Nazirliyin bildirdiyinə görə, hadisəni araşdırmaq üçün yaradılmış xüsusi komissiya digər ekspertlərlə birlikdə hadisə yerinə girişin qeyri-mümkün olduğu və nəticədə orada heç bir sağ qalanın olmadığı qənaətinə gəlib.
Həmçinin ölənlərin adlarının siyahısı da təqdim edilib.
Xatırladaq ki, yanvarın 7-də Olqində partlayışlar zamanı böyük yanğın baş vermiş və 200-dən çox insan təxliyə olunmuşdu.
Избранный
15
oxu.az

1Источники