RU

Klinton, Obama və Buş Trampın ziyafətinə qatılmayacaq

Amerika Birləşmiş Ştatlarının keçmiş liderləri – 42-ci prezidenti Bill Klinton, 43-cü prezident Corc Buş-kiçik və 44-cü prezidenti Barak Obama seçilmiş prezident Donald Trampın yanvarın 20-ə nəzərdə tutulan andiçmə ziyafətinə qatılmayacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə NBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Obama və Klinton artıq nahara dəvət alıblar, ancaq onda iştirak etmək niyyətində deyillər. Dəvətnamə, eyni zamanda, keçmiş birinci xanım və dövlət katibi Hilari Klintona göndərilib. O da tədbirdə iştirak etməkdən imtina edib.

Xatırladaq ki, Hilari Klinton və Donald Tramp keçmiş seçki kampaniyaları dövründə bir-birinə qarşı sərt qarşılıqlı ittihamlar və bəzən təhqirlər səsləndirmişdilər.

Bununla belə, keçmiş prezidentlərin nümayəndələri onların Trampın andiçmə mərasimində iştirak edəcəklərini təsdiqləyiblər. Bundan əvvəl Mişel Obamanın (keçmiş birinci xanım) inaqurasiya mərasimində iştirak etməyəcəyi bildirilmişdi.

Избранный
14
1
tribunainfo.az

2Источники