RU

Ötən il orta illik inflyasiya 2 faizi keçib

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə orta illik inflyasiya 2,2 faiz, o cümlədən qida məhsulları üzrə 1,3 faiz, qeyri-qida məhsulları üzrə 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 4 faiz təşkil edib.

Məlumata görə, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri əvvəlki ilin eyni ayına nisbətən 4,9 faiz, o cümlədən qida məhsulları üzrə 5,5 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 6,3 faiz artıb.

Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 1 faiz artıb. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 2 faiz çoxalıb.

2024-cü ilin dekabr ayında  əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri noyabra nisbətən 0,3 faiz artıb. Əhaliyə göstərilən ödənişli xidmətlərdən artım əsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Избранный
1
5
xalqqazeti.az

10Источники