RU

“West Product Marketing” MMC-də illik hesabat tədbiri keçirilib

“West Product Marketing” şirkəti illik hesabat xarakterli tədbir keçirib. 

Tədbirdə çıxış edən direktor Nurəddin Tağıyev şirkətin qazandığı uğurlara görə əməkdaşları təbrik edib, onlara növbəti ildə uğurlar arzulayıb. Daha sonra şirkətin ilboyu fərqlənən onlarla əməkdaşına təşəkkürnamə və pul mükafatı verilib. 

Tədbirin qeyri-rəsmi hissəsində maraqlı oyunlar oynanılıb, çoxsaylı qaliblərə xüsusi hədiyyələr təqdim olunub.

Hesabat tədbirində “West Product Marketing” şirkətinin yeni istehsal layihəsi – “Odel” şirniyyat fabrikinin beş çeşiddə məhsulu təqdim edilib. 

Minlərlə respondent arasında keçirilən sorğuların nəticələrinə əsasən təkmilləşdirilmiş tərkiblə istehsal olunan “Romashka”, “Romashka şəkərli”, “Moskva”, “Jubileinoe” və “Sport” peçenyeləri böyük maraqla qarşılanıb. Eyni zamanda, məhsulların istehsal prosesini əks etdirən videoçarx nümayiş olunub. 

Qeyd edək ki, “Odel” markası istehlakçı ilə kommunikasiyanı bütün platformalarda həyata keçirməyi planlaşdırır. Markanın siması Adil maskotudur. Avropada kulinariya təhsili alıb qayıtmış Adilin sloqanı “Dad səyahətində”dir. Şirkətdən verilən məlumata görə, Adilin həyat hekayəsi haqqında yaxın günlərdə hamı öyrənəcək.












Избранный
5
2
qafqazinfo.az

3Источники