RU

NATO: Avropa müharibə dövrü düşüncəsinə keçməlidir

NATO-nun müdafiə nazirləri Brüsseldə təhlükəsizliklə bağlı son hadisələri müzakirə ediblər. Baş katib Mark Rutte deyir ki, Avropa müharibə dövrü zehniyyətinə keçməlidir. Məlumatı “Eoronews” verib. 

NATO üzvü olan 20-dən çox ölkənin müdafiə nazirləri təhlükəsizlik və alyans qarşısında duran problemləri müzakirə etmək üçün Brüsseldə toplaşır. NATO-nun baş katibi Mark Rutte iki günlük sessiyanı açaraq deyib: Avropa müharibə zamanı düşüncə tərzinə keçməlidir.

“Müharibənin qarşısını almaq üçün ona hazırlaşmalıyıq. Artıq hərbi təfəkkürə keçməyin vaxtıdır və bu o deməkdir ki, biz müdafiəyə daha çox xərcləməklə, daha çox və daha yaxşı müdafiə qabiliyyəti istehsal etməklə müdafiəmizi daha da gücləndirməliyik. Rusiya demokratiyalarımızı zəiflətmək və azadlığımıza qəsd etmək üçün çox çalışır və tək deyil, onun tərəfində Çin, Şimali Koreya və İran var”, - deyə Rutte bildirib.

Rutte alyans üzvlərinə xəbərdarlıq edib ki, Avropanın gələcəyi təhlükə altındadır və NATO regionda artan təhlükəsizlik təhdidləri fonunda insanları qorumaq üçün əlindən gələni etməlidir.

NATO-nun növbəti sammiti 6 aydan sonra Haaqada baş tutacaq.

 

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
7
xalqqazeti.az

1Источники