Güldənə Hidayətli Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektor təyin edilib.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Güldənə Şahin qızı Hidayətli 1995-ci ildə Qəbələ rayonunda anadan olub.
O, BANM-in Keyfiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb.
G.Hidayətlinin prorektorluğa təqdimatı BANM rektoru Elmar Qasımov tərəfindən SOCAR rəhbərliyinə verilib və təsdiqlənib.
O, birinci "Yüksəliş" müsabiqəsinin qalibidir.