Yox, nə zədəlidi, nə də transferə çıxarılıb. Sadəcə, dövlətə olan vergi borcunu ödəməyindən ölkədən çıxışına qadağa qoyulub. Belə ki, Veysəl uzun müddət borcu ödəmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən futbolçunun ölkəni tərk etməsinə qadağa qoyulub, hava limanındakı pasport nəzarəti zamanı geri qaytarılıb. Hərçənd Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev başqa versiya söylədi:
“Təhsil aldığı universitetdən hərbi xidmətlə bağlı möhlət hüququna dair sənəd gec gəldiyinə görə gedə bilməyib. Əvəzedici komanda ilə məşqlərini davam etdirir. Vergi borcu məsələsi yoxdu”.
Futbolçunun da bu mövzuda fikirlərini öyrənməyi lazım bildik:
“Əsgərliklə bağlı sənədlərim gecikib. Dekabrda universitetə qəbul olmuşam. Sənədlər gec gəldiyinə görə Türkiyəyə gedə bilmədim. 1 ay vaxt lazım idi. Dekabrda gəldiyinə görə alınmadı. Klub tərəfindən də kömək oldu, amma həll edə bilmədik. Başqa bir problem yoxdu. Hazırda Tovuzdayam. Həm əvəzedici heyətlə, həm də fərdi şəkildə məşqlər edirəm. Verilən tapşırıqların hamısını yerinə yetirirəm. Formadan kənarda qalmıram. Orda nə məşq keçilirsə, eynisini burada edirəm. Fiziki durumum fərdi məşqlər sayəsində sabit vəziyyətdə qalır. Universitet məsələsi tam həll olunmayıb. Komanda yanvarın 4-də Türkiyəyə gedib. Mənə sənədlər dekabrın 28-də çatdığı üçün alınmadı. Artıq həll olunmaq üzrədi. Gələn toplanışlarda heç bir problem olmayacaq”.
ƏSƏD SEYİDOV