Azərbaycan Yüksək Liqasının debütantı “Şuşa” klubu 4 futzalçı ilə anlaşıb.
Apasport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi” İK-dən ayrılan Nüsrət Fərzəli və Sadeq Caviditabar mövsümün qalan hissəsini “Şuşa”nın heyətində keçirəcək.
Onlardan başqa, Emil İsrəfilov və Xalid Səfərov də bu komandaya keçib. Hər iki futzalçı “Yasamal Bakı”da çıxış edirdi. Yeni gələnlərlə yanaşı, komandadan ayrılanlar da var. Elvin Qasımov, Feruz Həsənov, Ceyhun Nağıyev və Sabir Hacıəliyev başqa klublarda çıxış edəcəklər.
Qeyd edək ki, “Şuşa” 8 oyundan 6 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
“Sabah”ın futbolçusu I Liqada çıxış edəcək
Juninyo rəsmən ”Flamenqo”da
Paçu: "Flamenqo"ya getməklə Juninyo düzgün seçim etdi"
Yassin Benzianın anası vəfat edib
Samuel Mraz “Neftçi”yə fayda verə bilər? - TƏHLİL