RU

"Araz-Naxçıvan" bir rusiyalı, bir braziliyalı oyunçu transfer etdi

“Araz-Naxçıvan” heyətinə iki yeni futzalçı cəlb edib. 

Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi rusiyalı Roman Adamov və braziliyalı Mateus Lustosanın transferini reallaşdırıb.

Klub hər iki futzalçı ilə "5 ay+1 illik" müddətə müqavilə imzalayıb. 33 yaşlı Adamovun son klubu Rusiyada “Volqa” olub. 26 yaşlı hücumçu Lustosa isə Braziliyanın “Marekko” klubundan transfer edilib. 

Qeyd edək ki, bundan əvvəl iranlı Əmir Şocayi ilə də "5 ay+1 il" müddətinə müqavilə bağlamışdı.

“Araz-Naxçıvan” hazırda Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncü pillədədir.
 

Избранный
6
fanat.az

1Источники