RU

"Hər D vitamini çatışmazlığı raxit demək olmaz"- Pediatr

Cəmiyyətdə uşaqların ən çox rastlaşdığı  raxitlik xəstəliyidir. Valideynlər bunun səbəbini  "D vitamini" çatışmazlığı kimi qəbul edirlər. 

Mövzu ilə bağlı News365.az-a danışan pediatr Elşad Şıxəliyev bildirir ki, Hər D vitamini çatışmazlığı raxit demək olmaz:

Hər D vitamini çatışmazlığı raxit demək olmadığı kimi, hər raxitin səbəbi də D vitamini çatışmazlığı deyil. Raxit adətən məktəbəqədər yaş dövründə ortaya çıxır.

Simptomları nələrdir?

Raxitin simptomları əsasən sümük-iskelet sistemindəki problemlərlə özünü göstərir. Ailələr tərəfindən müşahidə edilən əlamətlər aşağıdakılardır:

Alın sümüklərində genişlənmə;

Döş qəfəsində əyriliklər;

Qabırğalarda deformasiyalar;

Ayaqlarda “O” və ya “X” şəklində əyriliklər;

Sümüklərin birləşmə yerlərində genişlənmə.


Ailə bu əlamətləri gördükdə bizə müraciət edir. Diaqnoz qoyulması üçün keyfiyyətli laborator və radioloji müayinələr aparılır. Sümüklərdəki struktur problemlər aşkar edildikdən sonra müalicə başlanır.

Müalicə prosesi

Raxitin səbəbi həmişə D vitamini çatışmazlığı olmur. Digər səbəblər də ola bilər. Bu səbəblərə uyğun olaraq D vitamini və ya minerallarla müalicə aparılır. Laborator göstəricilər qısa müddətdə normallaşa bilər. Lakin sümük-iskelet sistemindəki problemlərin tam aradan qalxması bir neçə il vaxt ala bilər."

News365.az


Избранный
8
news365.az

1Источники