RU

Qırğızıstanın ən böyük banklarından biri ABŞ qara siyahısına salındı  


ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Qırğızıstanın böyüklüyünə görə ikinci yerdə olan Keremet Bankını sanksiyalar siyahısına əlavə edib.

Musavat.com nazirliyin açıqlamasına istinadən xəbər verir ki, ən azı 2024-cü ilin yayından etibarən bu bankın rəsmiləri sanksiyalardan yayınma sxemini həyata keçirmək üçün Rusiya rəsmiləri və sanksiyaya məruz qalmış Promsvyazbank ilə öz hərəkətlərini əlaqələndiriblər.

OFAC bildirir ki, ABŞ sanksiyaları altında olan rus-moldovalı iş adamı İlan Şor da Keremet Bankın sanksiyalardan yayınma sxemindəki rolu ilə bağlı müzakirələrdə iştirak edib: "2024-cü ildə Qırğızıstan Maliyyə Nazirliyi "Keremet Bank"ın səhmlərinin nəzarət paketini Rusiya hökuməti ilə əlaqəsi olan rus oliqarxı ilə sıx əlaqədə olan firmaya satıb. Keremet Bankın satın alınması Rusiyanın idxal-ixrac əməliyyatlarını sanksiyalardan yayınma mərkəzi yaratmaq məqsədi daşıyırdı”.

Agentliyin məlumatına görə, Qırğızıstan bankı "Rusiya hərbi-sənaye kompleksi ilə bağlı əməliyyatların aparılmasında və ya asanlaşdırılmasında və ya hər hansı xidmətlər göstərməkdə təqsirli bilinib".
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi tərəfindən yayılan sənədə əsasən, Rusiya şirkətləri ilə yanaşı, Böyük Britaniya, Qırğızıstan, Çin, BƏƏ və Türkiyənin hüquqi şəxsləri də məhdudiyyətlərə məruz qalıb. Bundan başqa, bura Çin, Rusiya, Türkiyə və Almaniya vətəndaşları daxildir.

Musavat.com

Избранный
3
musavat.com

1Источники